“Bakıda bağ evim yoxdu, qaldı ki...”
“Mən həmişə incə olmuşam. Heç vaxt kök olmamışam. Bu yay dənizkənarı bölgələrdə qızımla istirahət etdim. Yəqin ki, okeanda çox üzmüşəm, buna görə 2-3 kq arıqlamışam. İndi istəyirəm ki, bir az kökəlim”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında xalq artisti Məleykə Əsədova deyib. Məşhur aktrisa Şimali Amerikadakı istirahətindən, orada ev alması və qızını təhsil üçün Los-Angelesə göndərməsi barədə yayılan məlumatlara münasibət bildirib.
“Məleykə Əsədovanın heç Bakıda bağı yoxdur, qaldı ki, Amerikada evi olsun! Bizə yaxın Türkiyədir, orada da mənzilim yoxdur. Mən yaşamağı sevirəm, hər şey alıb kənara yığmaqdan xoşum gəlmir. Qızımın təhsili əsasdır. Onun təhsilli olmağı bizim var-dövlətimizdir. Fikrim qızımın üzərindədir və onu heç bir yerə tək göndərmərəm”.
M. Əsədova serial və kinolardan uzaq gəzməsinin səbəbini də açıqlayıb: “Çox şükür ki, kino və serialların sayı artıb. Birinci obrazı sevməliyəm, daha sonra həmin iş tamaşaçıların ixtiyarına verilməlidir. İnanıram ki, vaxt gələcək, mən də bir obraz sevəcəm. Mənə serial-filmlərlə bağlı çox təkliflər gəlir. Buradan onlara ad çəkmədən təşəkkürümü bildirirəm. Amma özümü tapdığım obraz olan zaman, serialda çəkiləcəm. Onu da deyim ki, görünmək üçün işlər görmürəm. Şöhrətim kifayət qədərdir”.
-
Klassik avtomobillərin yürüşündən - Video - Fotolar
...
-
Laçında bayram konserti - Video
...
-
Səidə Sultanın toyu olacaq - Video
...
-
Akif İslamzadə Prezidentə təşəkkür edib: "Böyük sevinc və xoşbəxtlik hissi keçirirəm”
...
-
Hadisə Bakıya gəlir - İlk dəfə açıq havada konsert verəcək
...
-
“Əsl Babək sizsiniz” - Rasim Balayevdən Prezidentə
...
-
Rasim Balayevlə bağlı - Sərəncam
...
-
Mübariz Mənsimova həsr olunan filmin anonsu yayımlandı - Video
...
-
Bu gündən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
...
-
“Sizi həm də Vaqif Mustafazadəyə görə sevirəm” - Əfsanəvi müğənni Bakıda - Fotolar
...