“Dana Vüqar” azadlığa çıxdı
Nəsimi Rayon Məhkəməsində narkotik vasitə saxlamaqda təqsirləndirilən Vüqar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Azeripress.az xəbər verir ki, bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Ağayevin barəsində bəraət hökmü çıxarılıb.
Vəkil bildirib ki, istintaqı düzgün aparmayan müstəntiq və təhqiqatçı barədə tədbir görülməsi üçün xüsusi qərar qəbul olunub.
Qeyd edək ki, V.Ağayev Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, V.Ağayev kriminal aləmdə ''Dana Vüqar'' ləqəbi ilə tanındığı bildirilir.
-
Azərbaycanda gənc müəllim qəzada öldü - Foto
...
-
Oğurladığı 23 min manatı əyləncəyə, brend geyimlərə xərclədi
...
-
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
...
-
Nömrəsiz avtomobildə narkotik daşıyan sürücü - Saxlanıldı + Foto
...
-
Gültəkin Hacıbəyli saxlanıldı
...
-
DTX Naxçıvanda həbslərə başladı - İnanılmaz rəqəmlər
...
-
Məclisə girib masaları çevirdilər - Bakıda toyda insident
...
-
Bakıda əməliyyat - 31 taksi sürücüsü tutuldu
...
-
Bakı aeroportunda tapançalı şəxs tutuldu
...
-
DTX Beyləqanda əməliyyat keçirdi - Vəzifəli şəxs saxlanıldı
...