Novruz Məmmədovdan yenilik
Son vaxtlar ölkədə tətbiq olunan Elektron hökumət konsepsiyasının tələblərinə uyğun olaraq, Nazirlər Kabineti Aparatının rəsmi internet saytında (www.cabmin.gov.az) yeni struktur dəyişiklikləri aparılıb.
Sayt daha da təkmilləşdirilərək, yeni funksional bölmələr əlavə edilməklə zənginləşdirilib. Artıq saytın rus dilində versiyası fəaliyyətə başlayıb. Bununla da Nazirlər Kabinetinin saytı dövlət qurumları içərisində xarici dillərdə də bölməsi olan qurumların siyahısına əlavə olunubr. Müstəqil Dövlətlər Birliyi məkanında hökumətlərin rusdilli informasiya resursunun olması xüsusi əhəmiyyət daşıyır. İndiyədək MDB məkanında yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin rus dilində internet saytı mövcud deyildi.
Hazırda saytda müntəzəm olaraq Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun iştirakı ilə keçirilən qəbullar və görüşlər, rəsmi tədbirlər, imzalanmış qərarlar, Nazirlər Kabinetinin iclasları haqqında operativ məlumatlar, tədbirlərdən fotoşəkillər və digər informasiyalar yerləşdirilir.
Həmçinin, Nazirlər Kabinetinin Twitter səhifəsindən (@AzerbaijanNK) 3 dildə - Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edilir.
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...