Çin şirkətlərinin nümayəndələri Gömrük Komitəsində - Fotolar
Oktyabrın 24-də Dövlət Gömrük Komitəsində Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin məsul vəzifəli şəxsləri, Çinin Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan və bu ölkədən olan iş adamları iştirak edib.
İsmayıl Hüseynov bildirib ki, Azərbaycanla Çin arasında dostluq münasibətlərinə söykənən əməkdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr dinamik şəkildə inkişaf edir.
Komitə sədrinin birinci müavini prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, ixrac və tranzit potensialının artırılması istiqamətində mühüm islahatlar həyata keçirildiyini və bu islahatların gömrük sisteminin də inkişafına ciddi təkan verdiyini diqqətə çatdırıb. Xüsusilə iş adamları üçün gömrük sistemində yaradılan münbit şəraitdən bəhs edən İ. Hüseynov gömrük-biznes münasibətlərinin inkişafı sahəsində görülən işlər barədə məlumat verib.
Görüşdə vurğulanıb ki, iki ölkə arasında ticarət dövriyyəsi mütəmadi olaraq artmaqdadır və bu iqtisadi sfera da əlaqələrin müsbət dinamikasının göstəricisidir.
Çinin Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan Azərbaycanı Çinin ənənəvi dostu və tərəfdaşı, mühüm nəqliyyat dəhlizi üzərində yerləşən strateji ölkə kimi səciyyələndirib. Qeyd edilib ki, son illər iki ölkə arasında münasibətlər sağlam və sabit şəkildə inkişaf edir, iqtisadiyyat, ticarət, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq dərinləşir.
Daha sonra görüşdə Çindən olan iş adamlarının rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb.
-
“Nar” metroda şəbəkəsini gücləndirir
...
-
“Nar” şəbəkəsi Xankəndi şəhərində!
...
-
“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir
...
-
Neftimizin qiyməti 102 dollara düşdü
...
-
Neftimiz 99 dollara düşdü
...
-
“Maxim” beynəlxalq taksi sifarişi xidməti Azərbaycanın daha 4 şəhərində fəaliyyət göstərməyə başlayıb
...
-
Yeni 5 qəpiklik buraxıldı - Foto
...
-
“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
...
-
“Azeri Light”ın qiyməti 101 dollara düşdü
...
-
Köhnə smartfonunu sərfəli şərtlərlə sat! - “Nar”dan əla fürsət
...