Azercell-in sponsorluğu ilə keçirilən "Hackathon-AzIn 2018"-in qalibləri bəlli oldu
31 oktyabr, Fineko/abc.az. İnformasiya texnologiyaları sahəsində xüsusi istedada malik, öz İnnovativ fikirlərini koda çevirməyi bacaran gənclər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkil etdiyi "Hackathon-AzIn 2018" müsabiqəsində öz bacarıqlarını nümayiş etdiriblər. Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində “AzInTelecom” MMC-nin təşkilatçılığı, Yüksək Texnologiyalar Parkının dəstəyi və “Azercell Telekom” MMC-nin sponsorluğu ilə baş tutan layihənin qalibləri müəyyən olub.“Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusunu əhatə edən müsabiqədə münsiflər heyətinin qərarı ilə “Dostlar”, “Express” və “Ml learning” komandaları qalibiyyət qazanıb.
Birinci yerin sahibi “Dostlar” komandasına 5000 AZN, ikinci yerin sahibi “Express” komandasına 3000 AZN, üçüncü yerin sahibi “Ml learning” komandasına isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunub. Eyni zamanda qalib komandalar müsabiqənin Qızıl sponsoru olan Azercell şirkəti tərəfindən də dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, üç mərhələdən ibarət olan “Hackathon” müsabiqəsinin birinci mərhələsində iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırıq verilib, ikinci mərhələdə iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyib. Təqdim olunan həllərin qiymətləndirilməsində məntiq, dizayn, funksionallıq və innovativlik kimi kriteriyalar nəzərə alınıb.
"Hackathon" ortaq fikrə sahib insanların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirməsidir.Bu müsabiqə zamanı iştirakçılar 24-48 saat müddətində verilən tapşırıq üzrə yeni həll müəyyən etmək və onu təqdim etmək üçün bir araya gəlirlər. Azercell Telekom hər zaman olduğu kimi bundan sonra da informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startap-ları dəstəkləməyə davam edəcək.
-
Vatsapda yeni funksiya
...
-
“Azeri Light”ın qiyməti 80 dolları ötdü
...
-
“Nar” gəncləri nitq bacarıqlarını gücləndirməyə dəvət edir
...
-
SOCAR “Qalatasaray”a sponsor oldu - 5 milyonluq anlaşma
...
-
Nar Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib
...
-
Bu tarixdə yeni 1 manatlıqlar tədavülə buraxılacaq
...
-
Salyanda “Aqrar sahənin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib
...
-
Nar yeniyetmələrin sağlam həyat tərzi üçün boks təliminə dəstək olur
...
-
Avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiq - Sadə və sürətli!
...
-
Neftimizin qiyməti 80 dollara çatır
...