Yeni rəis kollektivə təqdim olundu - Fotolar
Oktyabrın 31-də Azərbaycan prezidenti İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsinə təyin olunmuş hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov bu ali təhsil müəssisəsinin kollektivinə təqdim edilib.
Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük general-mayoru İqbal Babayev Qulu Novruzovu təbrik edib, yeni vəzifəsində və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
İqbal Babayev Qulu Novruzovun fəaliyyətindən söz açaraq, onun təhsil sahəsində böyük yol keçdiyini bildirib və səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İ. Babayev Dövlət Gömrük Komitəsinin Akademiyasının daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.
Qulu Novruzov ona göstərilən yüksək etimada görə prezident İlham Əliyevə öz təşəkkürünü bildirib və bu etimadı doğrultmaq üçün çalışacağını deyib.
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...
-
Səttar Möhbalıyev: “Şanlı tariximizdə daha bir Qələbə səhifəsi açıldı”
...
-
Abşeron rayonunda “COP29: Gənclərin iqlim dəyişikliyi hərəkatına çağırışı” adlı simpozium keçirilib
...
-
"Pilot Residence” binasının sakinləri Mehriban xanım Əliyevaya şikayət məktubu yazdılar
...
-
Qobustan qəsəbəsində səyyar qəbul keçirildi - Fotolar
...
-
Biz qalib xalqıq, söz bizimdir
...
-
Regionda sülh və sabitlik dövlətimizin əsas məqsədidir
...
-
Yaşıl dünya uğrunda
...
-
Ölkəmiz qlobal dialoq məkanına çevrilib
...