Mətbuat Şurasına 15 yeni üzv qəbul edildi
Noyabrın 1-də Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib.
Əvvəlcə Mətbuat Şurasına yeni üzvlərin qəbulu məsələsinə baxılıb. Müzakirələrdən sonra 14 sayt və “Türkologiya” jurnalı Şuraya üzv qəbul edilib.
Sonra Şura Katibliyinin qurumun ötən 9 ayda gördüyü işlərə dair hesabatı dinlənilib. Şuranın icraçı katibi Şəmsəddin Əliyev məlumat verib ki, ötən müddətdə quruma ümumilikdə 651 müraciət daxil olub. Bunlardan 470-ni şikayətlər təşkil edib. Hesabat səsə qoyularaq qəbul edilib.
Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə komissiyanın hesabat müddətində 20-dək məsələni müzakirə etdiyini diqqətə çatdırıb. Bunlardan dördü əsasında cavabdeh KİV-in adının Şuranın “qara siyahı”sına daxil edilməsinə dair qərar çıxarılıb.
Şuranın Şikayətlər üzrə Komissiyasının sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli komissiyanın 87 şikayətə baxdığını vurğulayıb. Bu şikayətlərdən bir çoxu barədə rəylər çıxarılıb. İdarə Heyətinin iclasında komissiyanın rəylərindən 5-i ilə bağlı müvafiq qərar qəbul edilib.
İclasda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na əlavələrin edilməsi ilə bağlı Ə.Amaşovun məlumatı dinlənilib. Şuranın İdarə Heyəti dəyişikliyin Azərbaycan jurnalistlərinin 8-ci qurultayında müzakirə olunmasına dair qərar çıxarıb.
İdarə Heyətinin iclasında, həmçinin “reket jurnalistika”ya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, ölkəyə gətirilən hazır çap məhsullarına və qəzet kağızına əlavə dəyər vergisinin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib.
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...
-
Səttar Möhbalıyev: “Şanlı tariximizdə daha bir Qələbə səhifəsi açıldı”
...
-
Abşeron rayonunda “COP29: Gənclərin iqlim dəyişikliyi hərəkatına çağırışı” adlı simpozium keçirilib
...
-
"Pilot Residence” binasının sakinləri Mehriban xanım Əliyevaya şikayət məktubu yazdılar
...
-
Qobustan qəsəbəsində səyyar qəbul keçirildi - Fotolar
...
-
Biz qalib xalqıq, söz bizimdir
...
-
Regionda sülh və sabitlik dövlətimizin əsas məqsədidir
...
-
Yaşıl dünya uğrunda
...
-
Ölkəmiz qlobal dialoq məkanına çevrilib
...