Zahid Oruc təltif edildi
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, deputat Zahid Oruc bu gün müdafiə naziri Zakir Həsənovun əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi medalı” ilə təltif edilib.
Bu barədə “Qafqazinfo”ya açıqlama verən Z. Oruc qeyd edib ki, 12 noyabr tarixində-müstəqilliyimizin və azadlığımızın simvolu olan Konstitusiyanın qəbulu günündə “Azərbaycan Ordusunun 100 illiyi medalı” ilə təltif olunmaq onun üçün qürurvericidir. O, bu medalla təltif edildiyinə görə müdafiə naziri Zakir Həsənova təşəkkür edib.
Deputat xatırladıb ki, son 5 ildə Silahlı Qüvvələrimizin Vətənin keşiyində daha rəşadət və igidliklə dayanması, Azərbaycanın torpaq bütünlüyü yolunda müqəddəs döyüşə hazır olduqlarını nümayiş etdirməsi danılmaz həqiqətlərdir: “İndi inamla demək olar ki, 100 il ərzində döyüş meydanlarında bir millətin nizamlı ordu kimi çıxış edəcəyinə yönələn şübhələr tamamilə yerlə-yeksan olub. Müasir texnika və texnologiyaya sahib olan, təlimlərdə qüvvə toplayan ordumuz nəinki Cümhuriyyət dövrü, eləcə də 90-cı illərdəki Silahlı hərbi dəstələrdən qat-qat güclüdür. 15 sentyabrda Azadlıq meydanında şərəflə addımlayan ordumuz hamımızın qürur mənbəyidir”.
-
Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər
...
-
İlham Əliyevdən AŞPA-ya xəbərdarlıq
...
-
Prezident gəncləri təltif etdi - Siyahı
...
-
Dünya azərbaycanlıları: “Qalib xalqın Qalib Liderini dəstəkləyirik”
...
-
Samir Nuriyev yeni sədri kollektivə təqdim etdi - Foto
...
-
Dənizkənarı Bulvar İdarəsinə yeni sədr təyin edilib
...
-
Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib
...
-
Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırdı - Sərt bəyanat
...
-
MEDİA-nın Müşahidə Şurası təsdiqləndi
...
-
İlham Əliyev Overçuku qəbul etdi
...