“AAAF Park”da evlərdəki tüstülənmə ilə bağlı - Açıqlama
“Hadisəyə səbəb Xırdalan şəhəri ərazisində elektrik enerjisinin ümumi gərginliyinin normadan aşağı olması ilə əlaqədər olaraq “AAAF Park” Yaşayış Kompleksi ərazisinə də enerjinin aşağı gərginliklə verilməsidir”.
Bu barədə “Qafqazinfo”ya açıqlamasında “AAAF Park”ın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Kompleksin ərazisində yerləşən bir neçə evdə baş vermiş tüstülənmə ilə bağlı xəbərə münasibətində bildirib.
Onun sözlərinə görə, mövsümlə əlaqədar olaraq elektrik enerjisinə tələbatın artması naqillərdə yüklənmə yaradır və qısa qapanmalara səbəb olur:
“Bu hadisənin istiliyin verilməsi ilə heç bir əlaqəsi yoxdur. Qısa qapanma aşağı gərginlik səbəbindən baş verib. Tərəfimizdən məsələyə çevik müdaxilə edilib, təxliyəyə ehtiyac olmayıb. Hazırda hadisənin nəticələri aradan qaldırılmaq üzrədir”, - deyə o, vurğulayıb.
-
Müsəlman Şərqində ilk demokratik respublika
...
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...
-
Səttar Möhbalıyev: “Şanlı tariximizdə daha bir Qələbə səhifəsi açıldı”
...
-
Abşeron rayonunda “COP29: Gənclərin iqlim dəyişikliyi hərəkatına çağırışı” adlı simpozium keçirilib
...
-
"Pilot Residence” binasının sakinləri Mehriban xanım Əliyevaya şikayət məktubu yazdılar
...
-
Qobustan qəsəbəsində səyyar qəbul keçirildi - Fotolar
...
-
Biz qalib xalqıq, söz bizimdir
...
-
Regionda sülh və sabitlik dövlətimizin əsas məqsədidir
...
-
Yaşıl dünya uğrunda
...