İlham Əliyev onları təbrik etdi
Prezident İlham Əliyev Laos prezidenti Bounyanq Voraçitə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.
***
Dövlət başçımız həmçinin, Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı təbrik edib: “Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə ən xoş arzularımı yetirirəm”.
***
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubay əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma təbrik məktubu göndərib: “Əlahəzrət, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah arzulayıram”.
***
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu göndərib: “Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
-
Mehriban Əliyeva Əminə Ərdoğanla görüşdü
...
-
Dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdi - Video
...
-
Azərbaycan-Türkiyə sənədləri imzalandı - Video
...
-
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar
...
-
Prezidentlərin təkbətək görüşü oldu - Fotolar
...
-
İlham Əliyev Ankarada Heydər Əliyev Parkında - Fotolar
...
-
İlham Əliyev Anıtqəbiri ziyarət edib - Fotolar
...
-
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib
...
-
Prezident Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşdü
...
-
İlham Əliyev Zelenski ilə görüşdü - Foto
...