“Manatın güclənməsi Azərbaycan üçün faydalı deyil” - Nazir
Milli valyutanın son dərəcə möhkəmlənməsi Azərbaycan üçün faydalı deyil.
Bu sözləri maliyyə naziri Samir Şərifov deyib.
“Çox güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir. Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır”, - S.Şərifov AzTV telekanalında “Günün nəbzi” verilişinin efirində bildirib.
Nazir əlavə edib ki, son illər ölkədə həyata keçirilən siyasət “makroiqtisadi tarazlığın və davamlı iqtisadi artımın” dəstəklənməsinə yönəldilib.
2015-2016-cı illərdə devalvasiya nəticəsində manat dollara nisbətən 2 dəfədən çox ucuzlaşıb. 2017-ci ildə manat AMB tərəfindən həyata keçirilən sərt valyuta siyasəti nəticəsində 4% möhkəmlənib. 2018-ci ilin 11 ayı ərzində manat dollara nisbətən 0,01% möhkəmlənib.
-
“Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir
...
-
“Azeri Light”ın qiyməti 99 dollara çatır
...
-
“Azeri Light”ın qiyməti 98 dollara çatır
...
-
“Nar”dan təhsilə dəstək: Ən çox bal toplayan abituriyentlər mükafatlandırıldı
...
-
Azərbaycanda bu yolun ödənişli olacağına qərar verildi
...
-
Sentyabrın 8-dən qatarlar - Bu cədvəllə hərəkət edəcək
...
-
“Azeri Light”ın qiyməti 92 dollara çatır
...
-
“Gilan Holding” ləğv olundu
...
-
“Azeri Light”ın qiyməti 87 dollara düşdü
...
-
“Nar” “Stevie” mükafatına layiq görüldü
...