“Araz”ın satıcısını öldürənin məhkəməsi başladı
Bu ilin yayında məşhur “Araz” marketin həyətində qətl törətməkdə təqsirləndirilən Surxay Əliyevin məhkəməsi başlayır.
Xüsusi amansızlıqla adam öldürməkdə ittiham olunan S.Əliyevin istintaqı yekunlaşıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı hakim Eldar İsmayılovun sədrliyi ilə aparılacaq.
Qeyd edək ki, 2018-ci il iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında orada satıcı işləyən Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları, qəsəbə sakinləri Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirib. Çoxsaylı xəsarət almış V.Hüseynzadə hadisə yerində ölüb, K.Səlimov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
S.Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.
“Araz Supermarket” hadisədən sonra verdiyi açıqlamada bildirib ki, S,.Əliyev mağaza daxilində icarəyə götürülən yerdə satıcı işləyib və “Araz”ın rəsmi işçisi deyil. Digər iki şəxs isə “Araz”ın satıcıları olub.
-
“Mən buranın lotusuyam” dedi, kafedə kütləvi dava düşdü - Video
...
-
“Könül DTX zabiti olduğunu, xüsusi tapşırıqla həbsə salındığını demişdi”
...
-
Rəşad Dağlının işinə bu hakim baxacaq
...
-
Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barədə qərar verildi
...
-
DTX onu da saxlayıb
...
-
Saxlanılan 4 nəfər DTX-də dindirilir
...
-
Fazil Mustafaya qarşı silahlı hücumla bağlı 4 nəfər saxlanıldı - Rəsmi
...
-
Azərbaycandan qaçan qadın məmur Rusiyada tutuldu
...
-
Rəşad Dağlının cinayət işi məhkəməyə göndərilib
...
-
Fazil Mustafa güllələndi
...