Bakıda güllələnərək öldürülən iş adamı əvvəl MTN-də işləyib
Bakıda iş adamı qətlə yetirilib.
Hadisə paytaxtın Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hyundai" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib.
Naməlum şəxslər F.Vahabovu əvvəlcə odlu silahla güllələyib, daha sonra isə bıçaqla qətlə yetiriblər.
Hüquq-mühafizə orqanları əməkdaşları F.Vahabovun meyitini avtomobildə aşkarlayıblar.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda qətli törədən şəxs və şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
"Sputnik Azərbaycan"ın məlumatına görə, Vahabov əvvəllər MTN-in əməkdaşı olub. Lakin səhhətində yaranmış problemlə əlaqədar olaraq oradan çıxıb. Sonra Vahabov bizneslə məşğul olub. İstintaqın bu günə olan daha inandırıcı versiyasına görə, qətlin törədilməsində biznes maraqların toqquşmasının rolu ola bilər.
-
Profilində narkotiki təbliğ etdi, həbs olundu
...
-
DTX casusluq edən xarici ölkə vətəndaşını həbs etdi
...
-
Samir Salam saxlanıldı
...
-
Maştağanın əsas narkotaciri tutuldu - Video
...
-
DTX metroda terror olacağına dair səs yayan şəxsi saxladı
...
-
Həmin gün “Bravo”da ələ keçirilən pulun məbləği məlum oldu
...
-
Nərimanovda aparatdan 29 min manat oğurlandı - Kameraya düşdü
...
-
Hipermarketə silahlı basqının anbaan görüntüsü - Video
...
-
Rəşad Dağlının həbs müddəti uzadıldı
...
-
“Bravo”da silahlı insident, ölən və yaralanan var - Video
...