Lənkəran-Lerik yolu yenidən qurulur - Fotolar
Son illərdə yağan aramsız yağıntılar nəticəsində uzunluğu 55 km olan Lənkəran-Lerik avtomobil yolunda çoxsaylı sürüşmə və uçqunlar baş verib, yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaranıb.
Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Hər bir hərəkət zolağının eni 3.5 metr, çiyinlərin eni isə 2.5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir.
Yol yatağının profilə salınması və normativ eninin alınması üçün xüsusi qrup qrunt daşınaraq yayılır və kipləşdirilir. Torpaq işləri 276 min kub. m həcmdə icra olunur.
Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri görülür.
Yenidənqurma işlərinin sonuncu mərhələsində yola 6 avtobus dayanacağı qoyulacaq, həmçinin hərəkətin normal təşkili üçün yol boyu zəruri olan yerlərdə 152 ədəd yol nişanı və məlumatverici lövhə, 2024 ədəd siqnal dirəyi və 110 ədəd km göstəricisi quraşdırılacaq, 153 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
-
“Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
...
-
Azərbaycanda ən çox satılan lüks avtomobillər - Siyahı
...
-
Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan!
...
-
“Azeri Light” 98 dollara satılır
...
-
“Nar” metroda şəbəkəsini gücləndirir
...
-
“Nar” şəbəkəsi Xankəndi şəhərində!
...
-
“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir
...
-
Neftimizin qiyməti 102 dollara düşdü
...
-
Neftimiz 99 dollara düşdü
...
-
“Maxim” beynəlxalq taksi sifarişi xidməti Azərbaycanın daha 4 şəhərində fəaliyyət göstərməyə başlayıb
...