İcra başçısı sakinlərlə görüşdü - Foto
Yanvarın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Liman şəhərində keçirib.
Icra hakimiyyəti başçısı aparatı rəsmilərinin, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbər işçilərinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri dinlənilib və qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilib.
Qeyd olunub ki, ərazidə ötən təsərrüfat ilində 70 hektara qədər tərəvəz bitkiləri, 25 hektarda soğan, 4100 ədəd tut tingi əkilib, ilk dəfə olaraq ərazidə 178 kiloqram barama istehsal olunaraq qəbul məntəqəsinə təhvil verilib.
Görüşdə çıxış edən icra başçısı ölkədə sosial-iqtisadi inkişafla bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, regionlara göstərilən qayğı və diqqətdən söz açaraq, Lənkəranda da, o cümlədən Liman şəhəri inzibati ərazi dairəsində də müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb.
Sonda icra başçısı sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.
-
Səttar Möhbalıyev: ”Xocalıları Müstəqillik Günü öz evlərində görmək xalqımıza ən böyük bayram hədiyyəsi oldu”
...
-
Sabah 35° isti olacaq
...
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...
-
Müstəqilliyimizın sədaları dünya meridianlarında
...
-
Müstəqilliyimiz şərəfimizdir, əbədi və sarsılmazdır
...
-
Ulu Öndər Heydər Əliyev xalqımızın milli yaddaşını özünə qaytardı
...
-
Müsəlman Şərqində ilk demokratik respublika
...