Musiqili Teatr “Balaca Şahzadə”nin premyerasının vaxtını açıqladı
21, 22 fevral tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında Antuan
de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında eyniadlı tamaşanın
premyerası olacaq. Beynəlxalq layihə kimi təqdim olunan iki hissəli bu şou-tamaşa ana
dilimizdə səslənən ilk müzikldır. Quruluşçu rejissoru Xalq artisti, "Şöhrət" və "Şərəf”
ordenli, Prezident təqaüdçüsü Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz,
beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif
Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət
xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir
və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.
“Bu tamaşa Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsərinə Musiqili Teatrın
fərqli baxışıdır. Əsərin süjet xəttində Balaca Şahzadənin müxtəlif planetlərə səyahətləri
obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti, tamaşaçıya dərin,
fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca
bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır.
Tamaşanın qeyri-adi səhnə tərtibatı vardır. Arxa fonda iri monitorlarda göstərilən
animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdığı gözəl ifaları,
dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm
sintezi həm də Musiqili Teatrın səhnəsində daha bir yenilikdir. Əminəm ki, tamaşa
teatrsevərlərin böyük marağına səbəb olacaq. Tamaşanın səhnə qrafikası Mehdi
Məmmədova, video quraşdırmalar isə “Bakı Media Mərkəzi”nə məxsusdur.
Balaca şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı “Qızıl kitab”a
yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədov canlandıracaq. Digər
rolları Əməkdar artistlər Ələkbər Əliyev (Kral), Şövqi Hüseynov (Tülkü), Əmrah Dadaşov
(Təyyarəçi), Nicat Həbibov (Dərviş) Aydan Həsənova (Qızılgül), Əliməmməd Novruzov
(Şoumen), Məhərrəm Qurbanov (Əyyaş), Hüseyn Əlili (Fənərçi), Rauf Babayev
(Kommersant), Emil Heydərov (Qlobus), İbrahim Əlizadə (Ora-bura) ifa edirlər...”,-deyə
Musiqili Teatın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Əliqismət Lalayev bildirib.
-
Azərbaycanda “Arap Kadri” Türk komediyasının nümayişi başlayır
...
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...