Bakı Zooparkı bağlanır - Heyvanlar Qaradağa köçürülür
Bakı Zooparkı yenilənir, hazırda heyvanların köçürülməsi prosesinə başlanılıb.
Bunu Trend-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib.
A.Hüseynovun sözlərinə görə, zoopark bir neçə aylıq fəaliyyətini dayandırır: “Bakı Zooparkı genişləndirilərək əsaslı təmir ediləcək, heyvanların şəraiti yaxşılaşdırılacaq. Hazırda parkın ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 ha olacaq”.
Parkın direktoru heyvanların müvəqqəti olaraq Qaradağ rayonuna köçürüləcəyini bildirib: “Artıq köçürülmə prosesi gedir, Qaradağ rayonunda heyvanlar üçün xüsusi yerlər hazırlanıb. Ola bilsin, işlər bitdikdən sonra Zooloji Parka yeni heyvanlar da gətirilsin. Ancaq bu məsələ hələ dəqiq deyil”.
O qeyd edib ki, genişləndirmə və təmir işlərinin yekunlaşma vaxtı işin gedişatından asılıdır: “Əgər hər şey öz yolunda gedərsə, işlər təqribən 6 aya, yəni yayda bitəcək”.
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...
-
Səttar Möhbalıyev: ”Xocalıları Müstəqillik Günü öz evlərində görmək xalqımıza ən böyük bayram hədiyyəsi oldu”
...
-
Sabah 35° isti olacaq
...
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...
-
Müstəqilliyimizın sədaları dünya meridianlarında
...
-
Müstəqilliyimiz şərəfimizdir, əbədi və sarsılmazdır
...
-
Ulu Öndər Heydər Əliyev xalqımızın milli yaddaşını özünə qaytardı
...