Səfər Mehdiyev Böyük Britaniyadan gələn qonaqlarla görüşüb
Bu gün Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb.
Dövlət Gömrük Komitəsində keçirilən mərasimdə Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts və bu ölkənin sərhəd xidmətinin əməkdaşları iştirak edib.
Komitə sədri Səfər Mehdiyev “Hunter” layihəsi çərçivəsində keçirilən görüşün iki ölkənin gömrük orqanları arasındakı əməkdaşlığı daha da gücləndirəcəyini diqqətə çatdırıb.
Komitə sədri ilin sonunadək layihənin reallaşdırılması, xüsusi proqramın seçilərək əməkdaşların potensialının gücləndirilməsi istiqamətində bütün imkanların səfərbər olunacağını vurğulayıb.
Görüşdən böyük məmnunluq duyduğunu ifadə edən xanım Baronessa Emma Nikolson layihənin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycan Gömrük Xidmətinə və Böyük Britaniyanın sərhədxidmətinə təşəkkürünü bildirib, layihənin gələcək əməkdaşlıq üçün münbit şərait yaratdığını vurğulayıb.
-
Yaşıl dünya uğrunda
...
-
Ölkəmiz qlobal dialoq məkanına çevrilib
...
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...