Nihat Kahveci də Bakıya gəlir
Martın 3-də, saat 12:30-da Bakıda Avropa liqası finalına həsr olunmuş “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçiriləcək. Oyunda yaşıl meydanın yerli və əcnəbi oyunçuları öz güclərini nümayiş etdirəcəklər.
Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yerju Dudek, Revaz Arveladze, yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanovun və digər futbol ulduzlarının iştirakı ilə keçiriləcək oyunda hər komandadan 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək.
Qarşılaşma hər kəs üçün açıq olacaq.
***
Bakıya gələcək ulduzlar siyahısına daha biri əlavə olunub. Söhbət Türkiyə futbolunun qızıl nəslinin nümayəndəsi Nihat Kahvecidən gedir. “Real Sosyedad”ın heyətindəki oyunları ilə Azərbaycan azarkeşlərinin ürəyinə yol tapan Nihat milli komandanın heyətində həm dünya çempionatının, həm də Avropa çempionatının bürünc mükafatlarına yiyələnib.
Kahveci futbolçu karyerasını “Beşiktaş”da bitirib.
-
Bilyard üzrə "Quba Open” turniri keçirilib
...
-
Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq
...
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...