Lənkəranda Novruz yarmarkalarına start verildi
Bu gün Lənkəranda Novruz bayramı əlaqədar ərzaq və yeyinti məhsullarının satış yarmarkalarının keçirilməsinə başlanılıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə təşkil olunan satış yarmarkada vətəndaşların sərbəst alış-verişi üçün lazımi şərait yaradılıb. Bayram yarmarkasında ayrı-ayrı şirkətlərin, fermer təsərrüfatlarının nümayəndələri, fərdi təsərrüfatlarında yetişdirdikləri məhsulları satan yerli vətəndaşlar iştirak edib. Səhər saatlarından başlayan yarmarkaya əhalinin təlabatına uyğun olaraq ümumilikdə 30 tondan çox müxtəlif növ ərzaq məhsulları, yüksək keyfiyyətli yerli düyülər, çay, sitrus, digər meyvələr və meyvə şirələri çıxarılıb. Ekoloji cəhətdən təmizliyi ilə seçilən məhsulların qiymətlərinin bazar qiymətlərindən 20-25 faiz aşağı olmasını sakinlər razılıq hissi ilə qarşılayıblar.
İcra hakimiyyətinin rəsmi şəxsləri yarmarkaya baş çəkərək məhsulların keyfiyyəti və qiymətləri ilə maraqlanıblar.
Bayram yarmarkaları hər həftənin şənbə və bazar günlərində təşkil olunmaqla Novruz bayramı günlərinədək davam edəcəkdir.
-
Mayın son günü 34° isti olacaq
...
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...
-
Səttar Möhbalıyev: ”Xocalıları Müstəqillik Günü öz evlərində görmək xalqımıza ən böyük bayram hədiyyəsi oldu”
...
-
Sabah 35° isti olacaq
...
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...
-
Müstəqilliyimizın sədaları dünya meridianlarında
...
-
Müstəqilliyimiz şərəfimizdir, əbədi və sarsılmazdır
...