Füzulidə bayram tədbiri keçirildi
Horadiz şəhəri Muğam Mərkəzində 8 Mart Qadınlar Günü münasibəti tədbir keçirildi. Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar, şəhid anaları, imtiyazlı qadınlar iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramını bildiriblər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib, qadınları 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təbrik edib.
Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu vurğulayan Alı Alıyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətindən bəhs edib.
Tədbirdə çıxış edənlər respublikamızda və Füzuli rayonunda qadınlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən, qadınlara göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Tədbirdə qadınlara qızıl gül və qiymətli hədiyyələr təqdim olunub. Sonda Dövlət Dram Teatrının aktyorlarının ifasında tamaşa və incəsənət ustalarının ifasında bayram konserti təşkil olunub.
-
Mehriban qonşuluq hər şeydən vacibdir
...
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...