Lənkəranda 8 Mart qeyd edildi - Fotolar
Martın 7-də Lənkəran şəhərinin “Şah” istirahət və xidmət mərkəzində 8 Mart-Beynəlxalq Qadınlar Bayramı münasibətilə şənlik keçirilib.
Şənlikdə Lənkəran ŞİH başçısı, aparat rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər işçiləri, qadın təşkilatlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Lənkəran ŞİH-in təşkilatçılığı ilə keçirilən şənlikdə icra başçısı Taleh Qaraşov çıxış edib. O, ölkədə qadınların ictimai-siyasi həyatda fəal mövqe tutduqlarını, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə başlanmış qadın hərakatının prezident İlham Əliyevin səyi ilə daha da geniş vüsət aldığını qeyd edib.
Qaraşov birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nümunəsində qadınların ölkənin inkişafında rolunun daha da artdığını diqqətə çatdıraraq rayon qadınlarını bayram münasibətilə təbrik edib onlara ən xoş arzularını bildirib.
Sonra icra başçısı rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup ictimai-fəal qadına Lənkəran ŞİH-in fəxri fərmanlarını təqdim edib.
-
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
...
-
Azərbaycan- İran dostluğu və əməkdaşlığı bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmli məsələdir
...
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub
...
-
Bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır
...
-
Önəmli amil
...
-
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı müsbətdir
...
-
Gələcəyə yönəlmiş əməkdaşlıq
...
-
Azərbaycan diplomatiyasının prioriteti
...
-
Mehriban qonşuluq hər şeydən vacibdir
...
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...