Prezidentin əlbəəl aldığı məktublarda nə yazılıb?
“Hər bir dövlət qulluqçusunun qarşısında vəzifə qoyulub ki, vətəndaşlar arasında olsunlar. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərlərində, o cümlədən Şamaxı və Ağsuda zəlzələdən zərər çəkmiş insanların problemləri ilə maraqlanması bunun bariz nümunəsidir”.
Bu fikirləri jurnalistlərə açıqlamasında Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bildirib.
Prezident Administrasiyasının rəsmisi Şamaxı və Ağsuda əhali tərəfindən dövlət başçısına təqdim olunan məktublarla bağlı da məlumat verib:
“Şamaxıda və Ağsuda əhali ilə keçirilən görüşlərdə dövlətimizin başçısına təqdim olunan məktubların hamısı nəzarətə götürülüb. Bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq”.
Nağdəliyev qeyd edib ki, həmin məktubların mütləq əksəriyyətində yeni evlər istənilir:“Ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticəsidir ki, müraciət edən vətəndaşlar dövlətimizin başçısından hazır ev istəyirlər. Dünyanın heç bir yerində belə təcrübə yoxdur, evlər sığortalanır, dövlət bu qayğıdan kənarda qalır. Amma Azərbaycan bu siyasətlə də öndədir. Çünki Prezidentimizin dediyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Zeynal Nağdəliyev əlavə edib ki, digər məktublar isə iş problemi və sosial qayğı ilə bağlıdır. Onların hər biri ciddi nəzarətə götürülüb.
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...