““Diqlas”da yanmayan seyfim var idi, dollarlar istidən qopub tökülürdü” - Fotolar
İqtisadiyyat nazirliyi “Diqlas”dakı yanğında zərərçəkən sahibkarlarla görüşüb.
Nazir müavini Niyazi Səfərov icarədarları bir-bir qəbul edib. Onlardan “Diqlas”dakı fəaliyyəti haqda məlumatlar alıb. N. Səfərov bildirib ki, prezidentin tapşırığı ilə onlara lazımı dəstək göstəriləcək və bunun üçün araşdırma aparılır.
İcarədar Natiq Nurəddinov qeyd edib ki, 10 ildir “Diqlas”da fəaliyyət göstərirlər və 1 işçisi var. Ortalama aylıq dövriyyəsinin təxminən 30 min manat olduğunu deyib və əlavə edib ki, mağazadakı heç bir malın sığortası olmayıb.
İcarədar əlavə edib ki, “Diqlas”ın sahibinə aylıq 1200 manat icarə haqqı verib, vergi də ödəyib, amma son aylarda VÖEN-i olmayıb: “Vergi və sosial, icarəyə ümumi 1600 manat verirdik. Mənim mağazada yanmayan seyfim var idi, içində də pul. Yanğından sonra girib baxdıq, dollarlar istidən əl vuran kimi qopub tökülürdü. Banklara da müraciət etdim, pulu götürmədilər. Bizim anbar və dükanda 380 min manatlıq malımız var idi. Seyfdə də 6350 manat, 12 950 dollar var idi”.
-
Sabah 26° isti olacaq
...
-
Sabahın havası - 27° isti
...
-
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
...
-
Azərbaycan- İran dostluğu və əməkdaşlığı bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmli məsələdir
...
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub
...
-
Bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır
...
-
Önəmli amil
...
-
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı müsbətdir
...
-
Gələcəyə yönəlmiş əməkdaşlıq
...
-
Azərbaycan diplomatiyasının prioriteti
...