“Diqlas”da “Şərurlu İsfəndiyar”ın da mağazaları yanıb - “O pul mənim üçün...”
Martın 26-da Ticarət Mərkəzində yanğın zamanı “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundovun da mağazaları yanıb.
İ.Axundov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin TM-də oboy satışı ilə məşğul olan iki mağazası olub: “İcarəyə götürmüşdük, oboy satırdıq. İşçilərim nəzarət edirdi, heç özüm mağazaları görməmişdim. Yanğında bütün mallar yanıb, heç nə çıxara bilməyiblər. Nə qədər ziyan dəydiyini hesablamamışam. O pul mənim üçün böyük ölçüdə deyil, ona görə arxasıyca düşmədim, araşdırmadım da.
Digər mağaza sahibləri üçün çox ağırdır, bəziləri kredit götürüb, evini girov qoyub, nisyə mal alıb o işi görmüşdü. Amma mənim üçün çox da böyük itki deyil. Buna görə də dövlətdən heç bir istəyim, arzum yoxdur”.
Qeyd edək ki, İ.Axundov son günlər Aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus obyekti onların əlindən alması xəbəri ilə gündəmə gəlib. “Şərurlu İsfəndiyar” açıqlamasında qarşı tərəfin sənədinin saxta olduğunu və bu barədə məhkəmə qərarının elan edildiyini bildirmişdi.
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...