“Məsələnin Rəşada aidiyyəti yoxdur” - AzTV-nin Bədii Şurasından açıqlama
Əməkdar artist Rəşad İlyasovun Azərbaycan Dövlət Televiziyasının (AzTV) solistliyindən çıxarılması barədə məlumat yayılıb. Buna səbəb onun müğənni Rüfət Axundovla Space TV-nin efirində oxuduğu söyüşlü duetidir.
Mövzu barədə Qafqazinfo.az AzTV-nin “İctimai-siyasi proqramlar” redaksiyasının baş redaktoru Sərvər Bayramovla əlaqə saxlayıb. Kanal rəsmisi açıqlamasında bildirib ki, bu cür məsələlərlə Bədii Şura məşğul olur və onların hələ ki, iclası keçirilməyib.
Bədii Şuranın üzvü, Xalq artisti Mübariz Tağıyev isə “Qafqazinfo”ya danışaraq mövzunun Bədii Şuraya aid olmadığını bildirib:
“Mövzudan xəbərim var. Bu, Bədii Şuralıq deyil. Çünki AzTV-nin efirində baş verməyib. Rəşad İlyasovun solistlik məsələsi isə başqa dairələrdə həll olunacaq. Mənə elə gəlir ki, həmin ifadələr Rüfət tərəfdən olub. Rəşad İlyasovun isə efirdə mikrofonu işarə etməsi məsələsi də var. Rəşad rejissora deyə bilər ki, mikrofonu aç, mahnıya canlı oxuyub qoşulmaq istəyirəm. Efirdə belə şeylər olur. Bir işarə edirsən, bəstənin nəqarətinə qoşulmaq istədiyini bildirirsən. Yanında baş verənlərin Rəşada aidiyyəti yoxdur”.
Bundan əlavə, M. Tağıyev hər iki ifaçını tənqid də edib: “Sözün düzü, onlardan bunu gözləmirdim. Bu şit zarafatdır, nədir? İkisi də tərbiyəli uşaqdır. Bu nədir belə? Başım çıxmadı”.
-
“Qadınım” tamaşasına 2 prizmadan baxış
...
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib
...
-
Dövlət Turizm Agentliyi: Tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir
...
-
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib - Fotolar
...