İcra başçısı ağacəkmə aksiyasında - Fotolar
Aprelin 8-də Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi şərəfinə Lənkəranda ümumrayon ağacəkmə aksiyası keçirilib.
Aksiyada Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra hakimiyyəti aparatının rəsmiləri, rayonun idarə, müəssisə və təşkilatların əmək kollektivləri, ictimaiyyət nümayəndələri, ümumilikdə 500 nəfər iştirak edib.
Aksiya zamanı şəhərin Heydər Əliyev prospektində, Hirkan və Xanbulan qəsəbələri ərazisində, rayon Telekommunikasiya qovşağının ərazi müəssisələrində, magistral yollarda 2500 ədəddən çox eldar şamı, sərv, küknar və müxtəlif növ həmişəyaşıl ağaclar əkilib.
Qeyd edək ki, aprelin 7-də Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi şərəfinə həmçinin şəhərin Heydər Əliyev Xatirə Parkında incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert keçirilib.
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...
-
Leysan, dolu, 22° isti - Sabahın havası
...
-
Sumqayıt Bulvarı – Xəzərin sahilindəki möcüzə
...
-
Sabah 26° isti olacaq
...
-
Sabahın havası - 27° isti
...