Lənkəranın Viravul kəndində səyyar qəbul keçirilib - Foto
Aprelin 17-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Viravul kəndində keçirib.
Qəbul zamanı sakinlər vətəndaş müraciətlərinə baxılması, narahatlıq yaradan problemlərin həlli ilə bağlı görülən tədbirləri yüksək qiymətləndirdiklərini və ölkə Prezidentinin apardığı siyasəti, böyük uğurla həyata keçirdiyi sosial islahatları ürəkdən bəyəndiklərini diqqətə çatdırıblar. Rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərini qeyd etməklə yanaşı kənd sakinləri dövlətin qayğısı ilə aqrar sahədə də işlərin sürətləndiyini, kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin artdığını, ərazidə 139 hektarda taxılın, 280 hektarda tərəvəzin, 32 hektarda kartofun, 52 hektarda bostan bitkilərinin,112 hektarda yüksək keyfiyyətli çəltiyin əkildiyini, 3875 baş iribuynuzlu, 1100 baş xırdabuynuzlu malqaranın saxlanıldığını, 60 kq barama məhsulunun istehsalını bu qayğının bəhrəsi kimi dəyərləndiriblər.
Sakinlər tərəfindən razılıqla qarşılanan səyyar qəbulda səsləndirilən problemli məsələlərə aydınlıq gətirilib, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...
-
Mayın son günü 34° isti olacaq
...
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...