XV Avropa Gənclər Olimpiya Festivalının komanda idman növlərinin qrupları bəlli olub
Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalının komanda idman növləri üzrə yarışlarının qrupları müəyyənləşib.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Avropa Gənclər Olimpiya Festivalında üç komanda idman növü üzrə yarışlar keçiriləcək.
Bunlar: voleybol, basketbol və həndboldur. Voleybol və basketbol yarışları üçün qrupların tərkibi ölkələrin müvafiq yaş qrupları üzrə yarışlarda göstərilən nəticələr əsasında əldə olunan reytinqlə müəyyən olunub. Buna görə də, püşkatma yalnız həndbol yarışı üçün Avropa Həndbol Federasiyasının Vyana qərargahında keçirilmişdir.
"Bakı-2019"-da bütün üç komanda idman növləri üzrə yarışlar ümumilikdə səkkiz komanda arasında keçiriləcək.
Oğlanlar arasında voleybol yarışlarında, A qrupunda Azərbaycan milli komandası ilə bərabər,Almaniya, Rusiya, Belarus milli komandaları qələbə üçün mübarizə aparacaq. B qrupunda isə bu mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika milli komandaları arasında baş tutacaq. Voleybol üzrə qızların mübarizəsində isə A qrupunda Rusiya, Bolqarıstan, Rumıniyavə Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya milli komandaları yer alıb.
Basketbol üzrə oğlanların mübarizəsində A qrupunda Xorvatiya, Fransa, Serbiya və Azərbaycan millisi, B qrupunda isə İspaniya, Türkiyə, Yunanıstan və Litva milliləri yarışacaqlar.
Qızların mübarizəsində A qrupunda İtaliya, Fransa, Rusiya və Belçika, B qrupunda isə Çexiya, Türkiyə, Macarıstan və Polşa milliləri yer alıb.
Püşkatmanın nəticələrinə əsasən oğlanlar arasında həndbol yarışında Azərbaycan millisi A qrupunda Danimarka, Almaniya, Serbiya milli komandaları ilə qələbə uğrunda mübarizə aparacaq.
B qrupunda isə bu mübarizə İslandiya, Xorvatiya, Fransa və Sloveniya milli komandaları arasında baş tutacaq.
Həndbol üzrə qızların yarışında A qrupunda Fransa, Rumıniya, Niderland və İspaniya, B qrupunda isə Macarıstan, İsveçrə, Çexiya və Azərbaycan milliləri yarışacaqlar.
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...