Binəqədidə yeni salınmış abad məhəllədə əhali ilə görüş
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən paytaxt Bakı şəhərinin bütün rayonlarında əhali ilə səyyar görüşlər çərçivəsində “Açıq mikrofon” praktikası geniş sürətdə həyata keçirilir. Bu görüşlərin əsas məqsədi əhali ilə sıx təmasda olmaq, onların problemlərin və suallarını dinləmək və bu problemləri operativ şəkildə aradan qaldırmaqdan ibarətdir.
Növbəti belə səyyar görüş rayon rəhbərliyi, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə rayonunun 6-cı mikrorayonda Svetlana Məmmədova küçəsində yerləşən, 600 nəfərə yaxın sakinin məskunlaşdığı 207 və 209 saylı yaşayış binasının ətrafında keçirilib.
Binəqədi Rayonu İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev açılış nitqi ilə çıxış etdikdən sonra, sualların səsləndirilməsi üçün söz sakinlərə verilib. Çıxış edən rayon sakinləri yaradılmış şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə, ölkəmizin Birinci Vitse- prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirərək, xoş arzularını çatdırmışlar.
Qeyd edək ki, İDEA ictimai birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Abad həyət” layihəsi Binəqədi rayonunda da uğurla icra olunur. Layihə çərçivəsində binanın ətrafında yeni oturacaqlar qurlaşdırılımış, həmişəyaşıl ağaclar əkilmişdir. Uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müxtəlif növ atraksiyonlar sakinlərin istifadəsinə verilmişdir.
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...
-
Leysan, dolu, 22° isti - Sabahın havası
...
-
Sumqayıt Bulvarı – Xəzərin sahilindəki möcüzə
...