Daha bir paralimpiyaçımız Dünya Kubokunda medal qazandı - Foto
Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Nurlan Babacanov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
96 kiloqram çəki dərəcəsində yarışan idmançımız 195 kiloqram çəkini qaldıraraq fəxri kürsünün üçüncü pilləsinə yiyələnib.
Eyni çəki dərəcəsində ilk yeri 220 kiloqramlıq çəki ilə Birləşmiş Ərəb Əmirliklərindən olan idmançı Xələf Məhəmməd Xamis qazanıb. İkinci yerə isə 210 kiloqram çəki ilə serbiyalı idmançı Petar Milankoviç layiq görülüb.
Xatırladaq ki, bir neçə gün öncə eyni yarışda 49 kiloqram çəki dərəcəsində yarışan idmançımız Pərvin Məmmədov qızıl medala layiq görülmüşdü.
Bu qələbə ilə Nurlan Babacanov "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.
Yarışlar davam edir. Bu gün digər idmançılarımız Elşən Hüseynov və Şamo Aslanov yarışlarda debüt edəcəklər.
-
Bilyard üzrə "Quba Open” turniri keçirilib
...
-
Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq
...
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...