Lənkəranda bayram konserti keçirilib - Foto
Lənkəran şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaranmasının 15 illiyinə həsr olunmuş bayram konserti keçirilib.
Heydər Əliyevin adını daşıyan xatirə parkında təşkil olunan bayram konsertində minlərlə lənkəranlı iştirak edib.
Bildirilib ki, Lənkəranın hərtərəfli inkişafında və cənub bölgəsinin iqtisadi-mədəni mərkəzinə çevrilməsində dahi rəhbərin əvəzsiz xidmətləri olub. Qeyd edilib ki, rayon sakinləri Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı ilə rayonun sosial-iqtisadi və mədəni həyatında qazanılan parlaq nailiyyətlərlə fəxr edib qürur hissi keçirirlər.
Həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, yeni istifadəyə verilən sosial obyektlər, ən yüksək səviyyədə yaradılan infrastruktur, eyni zamanda Heydər Əliyev Fondunun xətti ilə görülən işlər sakinlərin rifahını daha da yaxşılaşdırmaqla bərabər onlara tükənməz sevinc bəxş edir.
Konsertdə çıxış edən respublikanın tanınmış incəsənət ustaları ifaları ilə tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi bəxş ediblər.
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...
-
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq
...
-
“Qadınım” tamaşasına 2 prizmadan baxış
...
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib
...