İsraildə "Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsi başlayıb
"Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsi İsraildə, Tel-Əviv şəhərinin mərkəzində, Qabim teatrında, 41 milli nümayəndə heyətinin iştirakı ilə başlayıb.
Azeripress.az bu barədə TASS-a istinadən xəbər verir.
Qeyd edilir ki, "Eurovision kəndi" Tel-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar qeyd edirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.
"Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Tel-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.
Qeyd edək ki, Azərbaycanın "Eurovision 2019" təmsilçisi Çingiz Mustafayev ikinci məşqini də uğurla tamamlayıb.
-
Musiqili Teatrın monotamaşası beynəlxalq festivalda mükafatlandırılıb
...
-
Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunacaq - Foto
...
-
Aygün Kazımova “gəlincik” oldu - Fotolar
...
-
Margotdan “Barbie” pozları - Fotolar
...
-
Heydər Əliyev Mərkəzində qala-konsert olub
...
-
Çiyələk festivalında maraqlı anlar - Video + Fotolar
...
-
Cəlilabadda II çiyələk festivalı başlayıb
...
-
“7 ildir kef edirlər, kinoçular da itin günündə yaşayırlar”
...
-
Mehriban Ələkbərzadəyə yüksək vəzifə verildi
...
-
Onların bu ifası ayaqüstə alqışlandı - Video
...