Lənkəranda sakinlər səyyar qəbullardan razıdırlar - Foto
Mayın 15-də Lənkəran ŞİH başçısı Taleh Qaraşov rayonun Xanbulan kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib.
Icra aparatının məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirak etdiyi qəbulda sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlər yerindəcə araşdırılaraq həllindən ötrü aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Səyyar qəbula görə razılıqlarını bildirən sakinlər vətəndaş müraciətlərinin diqqətlə araşdırılması, onları narahat edən problemlərin həlli ilə bağlı dövlət səviyyəsində görülən işləri yüksək dəyərləndiriblər. Çıxışlarda müxtəlif məsələlərlə bağlı arzu və təkliflər səsləndirilməklə yanaşı inzibati ərazi dairəsinə daxil olan kəndlərdə çöxmənzilli yaşayış binalarının dam örtüklərinin əsaslı təmirinə, əhalinin maddi-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qəbul olunan qərarlara, ən ucqar kəndlərdə müasir yol infrastrukturunun qurulmasına, yeni məktəblərin tikilməsinə və kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dəstəyə görə ölkə başçısına minnətdarlıq ifadə olunub.
-
Regionda sülh və sabitlik dövlətimizin əsas məqsədidir
...
-
Yaşıl dünya uğrunda
...
-
Ölkəmiz qlobal dialoq məkanına çevrilib
...
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...