Əhmədliyə də sürət qatarı çəkiləcək
Əhmədli və Zirə qəsəbələrinə, eləcə də Hava Limanına yerüstü sürət qatarlarının çəkilməsi planlaşdırılır. Bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin "Günün Nəbzi" verilişində verib.
O bildirib ki, yaxın gələcək üçün planlarda imkan daxilində Bakıda yerüstü dəmiryolu nəqliyyatını inkişaf etdirib uzatmaq var:
“Fikrimiz var ki, gələcəkdə dəmiryolu xətləri Əhmədli qəsəbəsinə, İndiki Zirə qəsəbəsinə, Hava Limanına qədər uzadılsın və həmin ərazilərə sürət qatarları fəaliyyətə başlasın.
Tikinti işləri davamlı xarakter daşıyır. Qatar gələcəyin nəqliyyat vasitəsidir. Bu nəqliyyat vasitəsi həm təhlükəsiz, həm ekoloji cəhətdən təmiz, həm də qiyməti daha uyğundur”.
C. Qurbanov onu da qeyd edib ki, hazırda regionlara da sürət qatarlarının çəkilməsinə tələbat var:
“Qəbələyə çəkilən dəmiryol xətti bir qədər çətin mövqelərdən keçir. 45 km-lik yolun artıq yarısı hazırdır, çəkilib. Hesab edirəm ki, bu ilin sonuna kimi torpaq yataq tam bitər, gələn ilin yayına isə Qəbələyə sürət qatarı istifadəyə verilə bilər. Bakıdan oraya təqribən 210-280 km yoldur. Sürəti orta hesabla 80 km/saat götürsək, 2 saat yarım, maksimum 3 saata Qəbələyə çatmaq olar.
Şahdağa sürət qatarı proyekti artıq başa çatır, büdcə ayrılıb. Lənkəran tərəfə isə artıq torpaq alınıb, proyektlənmə işi gedir”.
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...
-
Müstəqilliyimizın sədaları dünya meridianlarında
...
-
Müstəqilliyimiz şərəfimizdir, əbədi və sarsılmazdır
...
-
Ulu Öndər Heydər Əliyev xalqımızın milli yaddaşını özünə qaytardı
...
-
Müsəlman Şərqində ilk demokratik respublika
...
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...