Afət bu dəfə Aqşin Fatehlə üz-üzə gəldi
Sosial şəbəkələrdə ulduzu parıldayan Afət Fərmanqızı ilə meyxanaçı Aqşin Fateh arasında qalmaqal yaranıb. Gərginliyin ortaya çıxmasına səbəb meyxana ifaçısının “5-də 5” proqramında maşının reklam edən müğənniləri tənqid etməsi olub.
Afət sosial şəbəkədə avtomobili ilə fotosunu paylaşaraq ona cavab verib:“Bu maşını Namiq Qaraçuxurlu, Ədalət Şükürov, Manaf Ağayev və başqaları necə alıbsa, məndə də o cür olub. Son vaxtlar hansı müğənninin bahalı maşını, evi varsa, pozğun adlandırırlar.
Hünəri çatırsa ad çəksin, ümumi danışıb bu sənəti gözdən salmasınlar. Kişi kişi ilə savaşar. Yoxsa ona-buna söz ataraq meyxana adıa ləkə gətirməz. Gedin Ağamirzədən, Kərimdən kişilik öyrənin”.
Sözügedən açıqlamadan sonra A. Fateh instaqram böyük bir post paylaşaraq A. Fərmanqızına sərt bir şəkildə reaksiya verib: “Kimliyindən və sənətindən asılı olmayaraq Allahdan başqa heç bir kəsdən və qüvvədən qorxum yoxdur. Dediyim hər kəlmənin də öz imzamla arxasındayam. Əgər dediyim sözlər kimisə narahat edirsə, demək hədəfinə çatıb. Millət əxlaqsız və üzdəniraq qadın və kişilərin biabırçılıqlarından bezdi. Sosial media, bu məsələni şouya çevirməyin. Əksinə, bu cür qalmaqalla gündəmə gəlmək istəyənlərin qarşısını alın”.
Meyxanaçı daha sonra nömrəsini qeyd edərək ona etiraz edən şəxslərin zəng vurmasını təklif edib.
-
Vüsalə ilə Sevil-Sevinc bacıları arasında qalmaqal - Video
...
-
"Leyli və Məcnun" yeni repertuarda
...
-
Uzun Həsənə həsr olunan nadir eksponatlar Heydər Əliyev Mərkəzinə gətirilir - Video
...
-
Ölkəmizdə ilk dəfə Musiqi Forumu keçiriləcək
...
-
Azərbaycan filmi Avropa festivalında - Video
...
-
Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunub - Video
...
-
Altı ölkənin nazirləri Şuşada görüşəcək
...
-
Musiqili Teatrın aktyorları daha bir beynəlxalq tədbirdə uğurla iştirak etdilər
...
-
Ərdoğan Naxçıvanda Hüseyn Cavidin şeirini səsləndirdi - Video
...
-
Emil Rəhmanov dünyasını dəyişdi
...