Bakıda “pitbull” ləqəbli oğru saxlanıldı - 15 minlik seyf oğurlayıb
Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən şəxs saxlanılıb. Əməliyyat zamanı Bakı şəhər sakini Pərviz İlyasov tutularaq istintaqa təqdim edilib.
Həmin şəxs aprelin 24-də Nəsimi rayonunda yerləşən mağazalardan birindən içərisində 15000 manat olan seyfı oğurlayıb. Elə həmin gün P.İlyasov ödəmə terminallarından birinin kassasını yararaq içərisində olan 1000 manatı da talayıb. Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir.
Özünə “pitbull” ləqəbi götürən bu şəxsin digər cinayətlərdə iştirak etdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edə bilərlər.
-
Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı
...
-
Bakıda qəribə olay
...
-
Bakıda bu məktəbin şagirdlərinə narkotik satılırmış...
...
-
Bakı hava limanında əməliyyat - 3 nəfər tutuldu
...
-
Bakıda 34 narkotacir saxlanılıb
...
-
Özünü DTX əməkdaşı kimi təqdim edərək 9 min pul “atdı”
...
-
Vatsapla bağlı dələduzluq - DİN əhaliyə müraciət etdi
...
-
Əvəz Zeynallı ilə Elçin Sadıqovun həbsi barədə - Rəsmi məlumat
...
-
Biləcəridə növbəti əməliyyat - Video
...
-
Bakıda 18 yaşlı qız qaçırıldı
...