İnstaqramda yayılan video ilə bağlı açıqlama - “Ana uşağı ilə dilənirmiş” + Video
“Nəriman Nərimanov” metrostansiyasının ərazisində azyaşlı uşağını dilənçiliyə sövq edən qadına polis əməkdaşlarının zor tətbiq etməsinə dair sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirilib.
Metro Polisindən bildirilib ki, dilənçiliyi nəinki özünə, hətta övladına dolanışıq vasitəsi kimi seçən Ağdaş sakini Nuridə Quliyeva və azyaşlı oğlu stansiyanın keçidində dilənərkən ərazidə xidmət aparan metro polisinin əməkdaşları tərəfindən saxlanılıb, belə halın qanunsuz olduğu nəzərinə çatdırılmaqla ərazini tərk etməsi tələb olunub. Lakin Nuridə Quliyeva polisin qanuni tələbinə məhəl qoymayaraq nalayiq ifadələrlə polis və metropoliten əməkdaşlarını təhqir edərək əsassız yerə hay-küy salmaqla, ictimai asayişi pozub.
Sonuncu hadisədən öncə N.Quliyeva azyaşlı övladı ilə metronun “Nərimanov” və digər stansiyaların keçidlərində dəfələrlə dilənçiliklə məşğul olduğu üçün saxlanılıb və xəbərdarlıq edilməklə sərbəst buraxılıb.(qafqazinfo)
-
Ölkəmiz qlobal dialoq məkanına çevrilib
...
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...
-
Leysan, dolu, 22° isti - Sabahın havası
...