“Nar”dan gənclərə növbəti iş fürsəti
Gənclərə dəstək olmaq və onların uğurlu karyera qurmasına kömək etmək məqsədilə “Nar”
son 6 ay ərzində 5-ci əmək yarmarkasında iştirak edib. Bakı Biznes Universitetində keçirilən
“Məzun – 2019” buraxılış tədbiri çərçivəsində mobil operator tələbə və məzunlara mövcud
vakant iş yerləri haqqında məlumat verilib. “Karyerada ilk addım” devizi altında keçirilən əmək
yarmarkasında mobil opeator müştərilər, satış və biznesin təhlili üzrə mütəxəssis vakant
vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və
məzunlarına uğurlu karyera barədə məsləhətlər verib. Tələbələr karyera imkanlarını
dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə
etmək imkanı qazanıblar.
Qeyd edək ki, gənclərə dəstək və iş imkanlarına çıxışın təmin edilməsi “Nar”ın korporativ sosial
məsuliyyət (KSM) strategiyasında yer alan istiqamətlərdən biridir. “Nar”ın davamlı olaraq həyata
keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-
ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2
milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
-
“YAŞAT” Fondu və “Nar” Uşaqların Beynəlxalq Müdafiəsi günündə şəhid övladlarını təbrik edib - FOTO
...
-
“Yelo Bank” yeni “Visa Infinite” kartını təqdim edir!
...
-
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
...
-
“Nar” ölkə üçün önəmli sosial layihələri dəstəkləməyə davam edir
...
-
“Azərişıq” “General Group Co.” ilə birgə layihə həyata keçirdi - Fotolar
...
-
Bakıda unikal piyada körpüsü inşa edilir - Video
...
-
Unun qiyməti qalxdı
...
-
“Azərişıq” Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir - Video
...
-
“Nar”dan voleybol üzrə milli komandalarımıza dəstək
...
-
Bakıda “Maxim” xidmətinin müştəriləri yükdaşıyan işçi ilə birgə yük maşını sifariş edə bilərlər
...