Azərbaycan gömrüyündə daha bir biabırçılıq - FOTOLAR
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanovun yeganə varisi Əliababa Nərimanov Vətənə gəlib.
Nəriman Nərimanovun qardaşı oğlu olan 88 yaşlı Əlibaba Nərimanov Azərbaycan ərazisinə daxil olarkən "Sınıq Körpü" gömrük postunda problem yaşayıb. Belə ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məsul əməkdaşları Şimali Osetiya vətəndaşı olan Əlibaba Nərimanova məxsus "VAZ 2106" markalı avtomobil üçün nəzərdə tutulan gömrük rüsumunun əvəzinə ondan "Mercedes-Benz" markalı avtomobil üçün nəzərdə tutulan 4800 rus rublu (təqribən 125 manat) pul alıblar. Həmçinin, ona məxsus olan "VAZ 2106" markalı avtomobil "Mercedes-Benz" markası kimi sənədləşdirilib. Daha sonra Əlibaba Nərimanov Yevlax şəhərinə yola düşüb. Qeyd edək ki, Nəriman Nərimanovun qardaşı Təhməz Nərimanovun oğlu olan Əlilababa Nərimanov 1933-cü ildə Saatlı rayonunda anadan olub. O, SSRİ Təhlükəsizlik Xidmətinin ehtiyyatda olan əməkdaşıdır. (Demokrat.az)
-
Mehriban qonşuluq hər şeydən vacibdir
...
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...