Arif Qasımov sakinlərlə görüşdü - Foto
İyulun 23-də tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən 32 №-li tam orta məktəbdə Q.Qarayev prospekti 22, 24, 26, 28 və İ.Müzəffəroğlu küçəsi 5, 7 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 1 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Qəbulda vətəndaşlar məhəllənin abadlaşdırılması, uşaq-əyləncə qurğularının quraşdırılması, ağacların budanması, binaların pilləkən qəfəsələrində pəncərələrin şüşələnməsi, zirzəmilərdən suyun çəkilməsi və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.
Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər rayon rəhbəri tərəfindən dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
-
Mehriban qonşuluq hər şeydən vacibdir
...
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...