Güləş Federasiyasının rəhbəri: Bu nəticəni başqa ölkələrin təkrarlaması çətin olacaq
İtaliyada keçirilmiş Avropa çempionatından bu komandamız dörd qızıl medalla qayıtmışdı. Ona görə də bu yarışdan əvvəl demişdim ki, burda qızıllarımızın sayını iki dəfə artırmağa çalışacağıq və səkkiz qızıl medal qazandıq.
Bunu Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev deyib.
O, Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında 18 idmançıdan 16-nın medal qazanmasını yüksək nəticə adlandırıb.
“Əlbəttə ki, səkkiz idmançımızın qızıl medal qazanması fəxr olunası məqamdır. 38 ölkədən 560-dan çox güləşçi bu yarışda mübarizə apardı. Təbii ki, bu nəticəni gələcək illərdə başqa ölkələrin təkrarlaması çətin olacaq. Dünya çempionatında nə qədər yorğun olsalar da, bu 16-17 yaşlı idmançıların öz sözlərini orda da deyəcəyinə inanıram”, - deyə N.Əliyev bildirib.
Qeyd edək ki, Azərbaycan güləşçiləri səkkiz qızıl, beş gümüş və üç bürünc medal qazanıb.(oxu.az)
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...