ŞAM adamlar, GÜL insanlar...
Bu xanım həkim haqqında mənə bir valideyn elə ürəklə, elə içdən-səmimi danışdı ki, kövrəldim.
Nə edək ki, getdikcə insanlar soyuqlaşır, ədalətsizliklər durmadan artır, müəllim gül kimi körpə uşaqlara "pul dağarcığı" kimi baxır, həkim xəstəni, hakim cinayəti gəlir mənbəyi, ucuz qazanc hesab edir. Bu təkcə bizdə deyil, demək olar ki, dünyanı bürüyüb. Bəziləri hətta deyir ki, bütün bunlar "Qiyamət"in əlamətləridir...
Amma bütün bu qaranlığın, zülmətin içində birdən ŞAM kimi zərif, amma işıqlı insana rast gəlirsən. Və həyat gözlərində yenidən canlanır. Böyük filosof Konfutsi əbəs yerə demirdi ki, zülməti söyməkdənsə, bir ŞAM yandırın. Bəli, bircə ŞAM yandırın.
Gözünüzün qabağına iki mənzərən gətirin. Zülmət qaranlıq otaq...adam özünü kor kimi aparırır, nə sağ var, nə sol, nə arxa, nə də ön...İndi isə həmin zülmətdə bircə barmaq boyda ŞAM yandırın...Həə..artıq adam özünü kor kimi deyil, rahat hiss edir...sağ var, sol var, ön var...Yəni itmiş oriyentirlər bircə anda qayıdır. Bax belə barmaq boyda şam kimi insanlar da var cəmiyyətimizdə. Onlardan biri haqqında uzun-uzadı deyil, qısaca, ŞAM boyda yazmaq istəyirəm.
Söhbət Ə. Qarayev adina 2 saylı Şəhər Klinik Uşaq Xəstəxanasının otorinolarinqoloq ( öz dilimizdə desək, qulaq-burun-boğaz) həkimi Jalə xanım Nağıyevadan gedir. Valideynlərin dediyinə görə, Jalə həkim uşaqların dilini çox gözəl bilir. Həqiqətən də uşaqların dilini bilmək üçün ən azı uşaqların özü qədər səmimi, saf olmalısan ki, uşaqlar sənə inansın, güvənsin...Jalə həkim Azərbaycan Tibb Universitetini bitirib, yəqin ki, Hipokrat andı da içib. Bu yazını yazarkən, Hippokrat andının yunan, latın, hətta azərbaycan variantı ilə tanış oldum, mətni-andı diqqətlə oxudum. Bu andı bu günədək milyonlarla həkim içib...amma noolsun. Məsələ and içməkdə, hətta Quran oxumaqda deyil ee...Bir insanlıq məsələsi var. Bir müdrik demişkən, insanın ölməsi qorxulu deyil, fəlakət insanlığın ölməsidir.
Amma Jalə həkim kimi ŞAM kimi insanlar varkən, insanlıq ölməz. Bilirəm səhiyyəmizdəki problemlərdən bezən oxucularımız, başını bulayıb, bir gül ilə bahar olmaz deyəcəklər. Bəli, əziz oxucular! Mən də bilirəm bir güllə bahar olmaz. Ancaq BİR GÜL panoramanı büsbütün dəyişə bilir. Gəlin, hamımız dua edək ki, vətənimizdəki ŞAM insanların, GÜL adamların sayı daha çox olsun.
Kamran Məhərrəmli
-
Müstəqilliyimiz şərəfimizdir, əbədi və sarsılmazdır
...
-
Ulu Öndər Heydər Əliyev xalqımızın milli yaddaşını özünə qaytardı
...
-
Müsəlman Şərqində ilk demokratik respublika
...
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...
-
Səttar Möhbalıyev: “Şanlı tariximizdə daha bir Qələbə səhifəsi açıldı”
...
-
Abşeron rayonunda “COP29: Gənclərin iqlim dəyişikliyi hərəkatına çağırışı” adlı simpozium keçirilib
...
-
"Pilot Residence” binasının sakinləri Mehriban xanım Əliyevaya şikayət məktubu yazdılar
...
-
Qobustan qəsəbəsində səyyar qəbul keçirildi - Fotolar
...
-
Biz qalib xalqıq, söz bizimdir
...