Bakı polisi İrlandiya mətbuatında dərc olunan yazı ilə bağlı araşdırmalara başlayıb
Bakı Şəhər Baş Polis İdarəsi İrlandiya mətbuatında dərc olunan “Dandlak” oyunçuları ”Qarabağ”la qarşılaşma öncəsi qanunla üz-üzə gəlirlər” (“Dundalk players in Azerbaijan brush with the law ahead of Qarabag clash”) adlı məqaləyə münasibət bildirib.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında deyib ki, “Dandlak” oyunçuları “Qarabağ”la qarşılaşma öncəsi qanunla üz-üzə gəlirlər” (“Dundalk players in Azerbaijan brush with the law ahead of Qarabag clash”) sərlövhəli məqalədə iddia olunan hallar araşdırılır.
"İrlandiya mətbuatında dərc olunan məqalədən məlumatlıyıq. Müvafiq qorunan yerlər və obyektlər istisna olmaqla, paytaxtın küçə, park, xiyaban və meydanlarında foto-video çəkilişlərlə bağlı məhdudiyyət yoxdur. Polis tərəfindən paytaxtda ictimai asayişin təmin edilməsində qarşıya qoyulan vəzifələr yüksək əzm və peşəkarlıqla həyata keçirilir", E.Hacıyev bildirib.
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...
-
Leysan, dolu, 22° isti - Sabahın havası
...
-
Sumqayıt Bulvarı – Xəzərin sahilindəki möcüzə
...