Şikayətçi oldu, icra başçısı şəxsən evinə getdi - Foto
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov şikayətçi olan vətəndaşın evinə gedib.
Bu barədə məlumatı teleprodüser Üzlüfət Burayeva yayıb. O bildirib ki, bir neçə gün əvvəl jurnalist Günay Malikqızı adıçəkilən icra başçısı ilə görüşünü paylaşıb. Hər şey Burayevanın həmin paylaşıma yazdığı rəylə başlayıb: “Şərh yazmışdım ki, Badamdara da gəlsin. Sonra icra başçısının müavini Vüqar Şıxməmmədov mənə yazdı:
- Başçını Badamdara dəvət etmisiz. Şikayətiniz var?
Cavab yazdım:
-Bəli, var”.
Teleprodüser qeyd edib ki, müavin bu cavabdan sonra söhbəti uzatmayıb:
“Bu gün evimin həyətində oturub, “somavar”a da od salıb dincəlirdik. Rayon İcra Hakimiyyətindən zəng gəldi. Bildirdilər ki, icra başçı hazırda Badamdardadır və mənimlə görüşmək, şikayətimi dinləmək istəyir. Ünvanı dedim. Saat 17:30-da gələcəyini söylədilər. Sözün düzü, inanmadım”.
Burayeva bildirib ki, saat 17:30-da qapısı döyülüb və Vüqar Zeynalov gəlib:
“Şikayətləri də dinlədi. Onların həlli barədə, eləcə də İcra Hakimiyyəti tərəfindən görülən işlərdən də danışdıq. İnanın, çox xoş oldu”.
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...
-
Mayın son günü 34° isti olacaq
...
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...