“Topaz” Premyer Liqaya sponsorluqdan niyə imtina etdi? - Şirkət susur
Xəbər verdiyimiz kimi, "Topaz" mərc şirkəti futbol üzrə Azərbaycan Premyer Liqasına sponsorluqdan imtina edib.
Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məsələyə aydınlıq gətirib.
O, şirkətin sponsorluqdan imtina etməsi üçün heç bir səbəb olmadığını bildirib:
"Şirkətin sponsorluqdan imtina etməsinin konkret səbəbi yoxdur. "Topaz" rəsmiləri ilə söhbətimiz olmuşdu, danışmışdıq. Bizə dedilər ki, sizə cavab verəcəyik, görüşəcəyik. Müqavilənin artırılıb və yaxud da artırılmaması ilə bağlı bir səbəb deyilməyib. Son günə kimi gözlədik, bizə cavab verilmədi. "Topaz"ın sponsorluqdan itmtina etməsinin səbəbi bizə də məlum deyil".
Aslan Şahgəldiyev yeni sponsor axtarışlarına da başlanıldığını bildirib. Qurum rəsmisi xarici şirkətlə danışıqlar aparıldığını vurğulayıb.
Şahgəldiyev hansı şirkətlə danışıqlar apardığını açıqlamasa da, əldə etdiyimiz məlumata görə, bu, bukmeker şirkətidir.
Məsələ ilə bağlı "Topaz" mərc oyunları şirkəti ilə də əlaqə saxladıq. Lakin şirkətinin marketinq şöbəsindən sponsorluqdan imtina ilə bağlı açıqlama verə bilməcəyəklərini dedilər.(qafqazinfo)
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...