Böyük Kəsik qatarında ölüm
Bu gün saat 00.18-də Böyük Kəsik-Bakı sərnişin qatarı Dəliməmmədli stansiyasında ləngiyib.
Buna səbəb vaqondakı sərnişinlərdən biri -1978-ci il təvəllüdlü Elşən Tanrıverdi oğlu Hüseynovun vəziyyətinin pisləşməsi olub.
Bu səbəbdən qatarın hərəkəti dayandırılıb və bələdçilər tərəfindən hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb. Lakin buna baxmayaraq Elşən Hüseynov dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, mərhum uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.
Mərhumun nəşi hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verildikdən sonra, qatar saat 02:02-də təyinatı üzrə yola salınıb.
Onu da bildirək ki, hadisə nəticəsində Böyük-Kəsik-Bakı sərnişin qatarı 1 saat ləngimə ilə Bakı sərnişin stansiyasına çatıb.
-
Bakıda 18 yaşlı qız qaçırıldı
...
-
DTX və DSX əməliyyat keçirdi
...
-
Bakıda poçt qutularına narkotik yerləşdirən şəxs ələ keçdi - Foto
...
-
“Papanin” və “Xutor”da əməliyyat, 15 nəfər tutuldu
...
-
DTX Gömrük Komitəsindəki əməliyyatlarla bağlı məlumat yaydı
...
-
Azərbaycanda daha bir general saxlanıldı
...
-
DYP postunda saxlanıldılar, hamısında narkotik aşkarlandı - Video
...
-
Azərbaycanda at fermasının sahibi həbs edildi
...
-
“Antikorrupsiya” idarəsi növbəti əməliyyatı keçirdi - Tutulan var
...
-
Metronun yaxınlığında park edilmiş velosipedləri oğurlayan şəxslər saxlanılıblar
...