Yol polisində nömrə biznesini idarə edən polkovnik işdən çıxarıldı
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı işdən çıxarılıb.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin imtahan-qeydiyyat idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Müşfiq Rəhimov daxili işlər nazirinin adına yazdığı raport əsasında tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin sərəncamına götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, avqustun 12-də Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Mübariz Şahbazov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Xatırladaq ki, M. Rəhimov yol polisində nömrə biznesini idarə edən şəxs hesab olunur. Bu vaxta qədər onunla bağlı mediada onlarla neqativ xəbərlərə rast gəlmək mümkündür. Onun bu biznes hesabına böyük var-dövlətə sahib olduğu bildirilir.
-
Prezident Xocalı və Xankəndidə yaşadığı hisslərdən danışdı
...
-
Prezident yerli televiziya kanallarına müsahibə verib - Fotolar
...
-
Seçkiqabağı təşviqat gələn həftədən başlayır
...
-
Prezident seçkilərində 7 namizəd mübarizə aparacaq - Siyahı
...
-
Rəsmi zifayətə Heydər Əliyev də qatıldı - Fotolar
...
-
DTX-nin səlahiyyətləri artırıldı
...
-
BƏƏ Prezidenti Azərbaycandadır - Foto
...
-
Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik etdi
...
-
Prezident xalqa müraciət etdi - Video
...
-
Mehriban Əliyevadan Həmrəylik Günü və Yeni il təbriki - Foto
...