DYP-dən Binəqədidə maarifləndirici aksiya
Daxili işlər nazirinin əmrinə əsasən yol polisi Respublika ərazisində "Təmiz hava" aylığı ilə bağlı maarifləndirici aksiyalar keçirir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqust ayının 1-dən 31-dək davam edən tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanılır.
Məlumatda bildirilib ki, "Təmiz hava" aylığı ilə bağlı keçirilən tədbirlər Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində davam etdirilib. Tədbir zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobillərin sürücülərinə inzibati qaydada protokol tərtib olunub və avtomobilin saz vəziyyətdə saxlanılmasına dair sürücünün hüquq və vəzifələri izah olunub. Zərərli qazların miqdarı normadan bir qədər artıq olan sürücülərə isə xəbərdarlıq edilib.
Həmçinin yol polisi əməkdaşları sürücülərə tövsiyə ediblər ki, avtomobilləri saz vəziyyətdə saxlasınlar. Bu, həm onların, həm digər hərəkət iştirakçılarının sağlamlığı, həm də ətraf mühitin qorunması üçün vacibdir.
Qeyd edək ki, rayon ərazisində yükdaşıma qaydalarını pozan maşınların sürücüləri ilə də profilaktik işlər mütəmadi olaraq aparılır. Bu sürücülərə yol polisləri tərəfindən xəbərdarlıq olub, qayda pozuntusuna yol vermiş şəxslər barəsində qanuni tədbirlər görülüb.
-
Sabahın hava proqnozu açıqlandı - 35 dərəcəyədək isti olacaq
...
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...
-
Mayın son günü 34° isti olacaq
...