Qaradağda gənclərlə görüş keçirilib - Fotolar
Bu gün Qaradağ Gənclər Evində “İslam dəyərləri olduğu kimi” mövzusunda gənclərlə görüş keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Yusif Nəsibov, Sahil məscidinin imamı Hacı Fazil, həmin məscidin imamının müavini Hacı Məhəmməd, rayon fəalları iştirak edib.
Tədbiri giriş sözü ilə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov açdı. O, tədbirin mövzusunun “İslam dəyərləri olduğu kimi” seçilməsinin səbəblərini tədbir iştirakçılarının nəzərinə çatdıraraq İslam dinində elmə, təhsilə, mədəniyyətə verilən qiymətdən, ona ayrılan diqqətdən söz açıb.
Qaradağ rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Yusif Nəsibov dövlət-din münasibətlərindən danışaraq ilk növbədə Azərbaycanda dini dəyərlərə dövlətin diqqət və qayğısını qeyd edib.
Tədbirin sonunda gəncləri maraqlandıran suallarla cavablar verilib.
-
Klassik avtomobillərin yürüşündən - Video - Fotolar
...
-
Laçında bayram konserti - Video
...
-
Səidə Sultanın toyu olacaq - Video
...
-
Akif İslamzadə Prezidentə təşəkkür edib: "Böyük sevinc və xoşbəxtlik hissi keçirirəm”
...
-
Hadisə Bakıya gəlir - İlk dəfə açıq havada konsert verəcək
...
-
“Əsl Babək sizsiniz” - Rasim Balayevdən Prezidentə
...
-
Rasim Balayevlə bağlı - Sərəncam
...
-
Mübariz Mənsimova həsr olunan filmin anonsu yayımlandı - Video
...
-
Bu gündən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
...
-
“Sizi həm də Vaqif Mustafazadəyə görə sevirəm” - Əfsanəvi müğənni Bakıda - Fotolar
...